DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib
Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında buraxılış imtahanında davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.
"Reportyor.az" DİM-ə istinadla tövsiyələri təqdim edir:
1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;
2. İmtahana buraxılış vərəqəsiində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;
5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;
6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;
7. Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;
8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki qeydləriniz nəzərə alınır;
9. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;
10. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;
11. Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-03-2023, 09:43