mobil versiya

Bakı, Sumqayıt və Abşeronda mart ayı üzrə pensiyaların ödəniş vaxtı açıqlanıb



Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Xatrıladaq ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.
Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.

KARUSEL / SOSİAL
Tarix: 3-03-2023, 11:39