mobil versiya

Çin əcnəbilərə bütün kateqoriyalı vizaların verilməsini bərpa edir



Çin martın 15-dən etibarən xarici vətəndaşlara ölkəyə daxil olmaq üçün bütün kateqoriyalı vizaların rəsmiləşdirilməsini və verilməsini bərpa etmək niyyətindədir.
Bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti "WeChat" sosial şəbəsində bildirib.
Bildirilir ki, vətəndaşların sərhəddən keçməsini daha da yaxşılaşdırmaq üçün martın 15-i Pekin vaxtı ilə saat 00:00-dan (14 mart 20:00) vizaların verilməsi və əcnəbi vətəndaşların Çinə daxil olması siyasətində düzəlişlərin edilməsi qərara alınıb:
"Xaricdə viza verən orqanlar Çinə səfər edən əcnəbi vətəndaşlara bütün kateqoriyalı vizaların işlənməsini və verilməsini bərpa edəcək."
KARUSEL / DÜNYA
Tarix: 14-03-2023, 09:11