Latviya–İsrail matçı azərbaycanlı hakimə həvalə olunub
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Elçin Məsiyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.
E.Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər.
Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
KARUSEL / İDMAN
Tarix: 22-03-2023, 15:21