mobil versiya

Azərbaycanın etirazlarına görə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddia sənədinə baxılmanı dayandırıb



Aprelin 21-də Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını rəsmən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

KARUSEL / SİYASƏT
Tarix: 24-04-2023, 15:44