Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkara yeni hüquq verilir
Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkara yeni hüquq verilir.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
Layihənin 16-cı maddəsində nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər əks olunub, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması. Bu yanaşma yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət edəcəkdir.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 4-05-2023, 12:53