Elmi müəssisələrdə magistraturaların ləğvi məsələsinə aydınlıq gətirilib

Nazir jurnalistlərə açıqlamasında bu il elmi müəssisələrin magistraturalarına qəbul aparılıb aparılmayacağına aydınlıq gətirib.
Bildirib ki, hələlik elmi müəssisələrin magistraturalarına qəbul planı hələ elan olmayıb.
"Amma bildiyiniz kimi bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika İnstitutunda aparılsın.Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhlələrlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz".
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-05-2023, 18:04