“Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır” - Ceyhun Bayramov
“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Gabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.
Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.
Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azəbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir: “Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir”.
KARUSEL / SİYASƏT
Tarix: 8-05-2023, 12:03