“Bu il Azərbaycandan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edilib” - Pərviz Şahbazov
Bu ilin ilk 4 ayında Azərbaycandan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
Bu barədə P. Şahbazovun Bakıda səfərdə olan İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciulio Terzi Sant’Aqata, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Marko Skurria və üzvü Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
Görüşdə hər iki ölkə liderlərinin rəhbərliyi ilə strateji tərəfdaşlıq müstəvisində inkişaf edən münasibətlərin inkişafından və enerji sahəsində genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edilib.
Bildirilib ki, İtaliya nəinki Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qazının ixrac edildiyi ölkədir, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm rol oynayan tərəfdaşdır.
Görüşdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri, eləcə də layihənin genişləndirilməsi və elektrik enerjisi sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.
Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 15-05-2023, 18:31