mobil versiya

ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənədlərin qəbulu elan edib




Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
Bu barədə Agentlikdən məlumat verilib.

        Vakant vəzifəAylıq vəzifə maaşı (manat)
 Aşpaz 499
 Qabyuyan 437
 Gözətçi 420
 Fəhlə 420
 Xadimə, xidmətçi 384

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir:
- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
- əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin mayın 31-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-05-2023, 09:43