mobil versiya

Prezident İlham Əliyev: Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır



Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir.
Bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.
Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın bu siyasəti bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

KARUSEL / SİYASƏT
Tarix: 19-05-2023, 15:02