mobil versiya

Qazaxda çətənə kolları məhv edilib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 5 tondan çox olan, 12 min 500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

KARUSEL / HADİSƏ
Tarix: 6-06-2023, 09:19