mobil versiya

“Sabah” klubu mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb



Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək Bakının “Sabah” klubu ilk əcnəbi transferini reallaşdırıb.
“Sabah” mərakeşli müdafiəçi Sofian Çakla ilə ikiillik müqavilə imzalayıb. İyirmi doqquz yaşlı futbolçu Bakı təmsilçinin heyətində 44 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Exido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisinin heyətində 4 oyun keçirib.
KARUSEL / İDMAN
Tarix: 28-06-2023, 14:37