mobil versiya

Bakıdakı özəl İran klinikası bağlanıb



İranın Bakıdakı klinikası bağlanıb.
Klinikaya müraciət edən əməkdaşlarımız klinikanın bağlı olduğunu müşahidə ediblər. Sakinlərin sözlərinə görə, sözügedən İran klinikası mart ayından fəaliyyətini dayandırıb.
Trend-in əməkdaşları yaxınlıqda fəaliyyət göstərən obyekt sahiblərindən də klinikanın bağlanıb-bağlanmadığını dəqiqləşdirib. Hər kəs eyni sözü deyib: Klinika bağlanıb!
Klinikanın görüntülərindən də aydın görünür ki, adı (İran klinikası) tamamilə divardan sökülüb.
Qeyd edək ki, klinikanın iş nömrələri ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qalıb.






KARUSEL / CƏMİYYƏT
Tarix: 13-07-2023, 16:31