İran və Qətər arasında dünyanın ən böyük zəfəran ticarəti müqaviləsi imzalanıb
İran və Qətər arasında ilkin dəyəri 300 milyon dollar olan dünyanın ən böyük zəfəran ticarəti müqaviləsi imzalanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatının başlamasına bir neçə ay qalmış 2 ölkənin təmsilçilərinin iştirakı ilə İran və Qətər arasında zəfəran sahəsində ən böyük ticarət müqaviləsi imzalanıb.
Qətərin maliyyə naziri və İranın Dohadakı səfirinin iştirakı ilə imzalanan bu müqavilə İran və Qətər arasında ilkin dəyəri 300 milyon dollar olan 200 ton İran zəfəranının nəqli və emalı üçün bağlanıb.
Rəsmi Tehranın məqsədlərindən biri də İran zəfəranının qiymətini dünya bazar səviyyəsinə yaxınlaşdırmaq və xam zəfəran satmamaqdır.
İranın cari ildə istehsal və ixrac həcmi quraqlıq səbəbindən kəskin şəkildə azalıb. Dünyadakı zəfəranın təxminən 90%-ni yetişdirən ölkə istehsal və ixrac həcmini yenidən artırmağı planlaşdırır.
DÜNYA / İQTİSADİYYAT
Tarix: 20-09-2022, 12:52