mobil versiya

İranın Azərbaycana martın 20-dək ixrac etdiyi məhsulların dəyəri açıqlanıb




İran Azərbaycana martın 20-dək 61,477 mln ABŞ dolları dəyərində 15 370 ton həcmində məhsul ixrac edib.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İran Astarasının  Gömrük İdarəsinin İdarəedici direktoru Rəsul Omidi bildirib.

O deyib ki, bu göstərici İranın ötən ilki İran təqvimində qeydə alınıb: “İranın ötən ilki təqvimi isə martın 20-də başa çatıb”. 

Onun sözlərinə görə, İran martın 20-ə qədər  774 min ton həcmində 410 mln  ABŞ dolları dəyərində məhsul ixrac edib. Həmin məhsullar əsasən kənd təsərrüfatı, kimyəvi mineral, polad, qida, plastik məhsullarıdır, həmçinin  sement, yuyucu vasitələr, toxuculuq məhsulları, xalça,  tekstil məhsulları, bununla yanaşı çanta və ayaqqabıdır. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar qəbul olunub. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək qüvvədədir.

SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-03-2020, 13:00