“Kollec tələbələrini İran dronlarını yığmağa məcbur edirlər” – Şok iddia
Tatarıstanda kollec tələbələrini məcburən İran dronlarının hissələrinin yığılmasında istifadə edirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Tatarısanın Alabuqa Politexnik Kollecinin yüzlərlə tələbəsi İranın “Şahid” pilotsuz uçan aparatlarını (PUA) yığmağa cəlb olunub.
Qeyd olunur ki, əvvəlcə bu işə əsasən 15-17 yaşlı yeniyetmələr cəlb edilsə də, hazırda PUA istehsalı ilə bütün kursların tələbələri məşğul olur.
Nəşrin yazdığına görə, tələbələrə nə işlə məşğul olduqları barədə danışmaq qadağan edilib. Qaydanı pozanlari külli miqdarda cərimə gözləyir.
KARUSEL / DÜNYA
Tarix: 25-07-2023, 13:11