mobil versiya

Gömrükdə köhnə avtomobillərdən yeni rüsum tutulacaq



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Dəyişikliyə əsasən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-07-2023, 14:33