mobil versiya

Filippində qayıq qəzasında 26 nəfərə ölüb



Filippinin Risal əyalətində sərnişin qayığnın Bay gölündə qəzaya uğraması nəticəsində həlak olanların sayı 26 nəfərə yüksəlib.
Sinxua agentliyi xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizə Xidməti məlumat yayıb. Hadisə zamanı 42 nəfərlik qayıqda 70-ə yaxın sərnişinin olduğu bildirilir. Xilasedici jiletlərin yoxluğu çox sayda insanın ölümü ilə nəticələnib.
Binanqonan şəhərindən Bay gölündəki Talim adasına üzən qayıq “Doksuri” qasırğasının təsirinə məruz qalıb. Güclü küləkdən təşvişə düşən sərnişinlər göyərtənin bir tərəfinə toplaşıb və nəticədə qayıq çevrilib.

KARUSEL / DÜNYA
Tarix: 28-07-2023, 13:38