mobil versiya

Pakistan XİN Əfqanıstana etiraz notası verib


Ötən həftənin əvvəlində Hayber-Paxtunxvanın Aşağı Çitral rayonunda iki hərbi məntəqəyə edilən terror hücumundan sonra Əfqanıstanın müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.
Dawn.com xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti xarici işlər naziri Cəlil Abbas Gilani mətbuat konfransı zamanı məsələnin müvəqqəti Əfqanıstan hökuməti ilə müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Pakistan insidentlə bağlı kəskin etiraz aksiyası keçirib, dünən İslamabaddakı Əfqanıstanın müvəqqəti işlər vəkilinə etiraz notasını təqdim edib". 
O, insidenti "çox təəssüf doğuran" adlandıraraq, Pakistanın terrorizmin artmasına çox ciddi yanaşdığını və onların torpaqlarından çıxan hücumları dayandırmağın Əfqanıstanın üzərinə düşdüyünü söyləyib: "Əvvəlki hökumətlər müəyyən dərəcədə bu şəkildə işləyirdilər və indi biz mövcud siyasəti inkişaf etdiririk. Bu, Əfqanıstan hökuməti ilə qapalı dialoqdur və indiyə qədər yalnız müsbət irəliləyişlər baş verib. Bununla belə, sərhədin hər iki tərəfində irəliləyişə təsir edə biləcək bəzi elementlər var. Ancaq indiyə qədər biz düzgün istiqamətdə irəliləyirik”, - deyə o bildirib.

KARUSEL / DÜNYA
Tarix: 11-09-2023, 09:38