Pakistanın XİN rəhbəri "Taliban"a xəbərdarlıq etdi
Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari deyib ki, Əfqanıstan müvəqqəti hökuməti tədbir görməsə, Pakistanın beynəlxalq hüquqa əsasən Əfqanıstan daxilində gizlənən yaraqlılara qarşı özünümüdafiə yolu ilə hərəkət etmək imkanı var.
"The News International" xəbər verir ki, o, mətbuata aşıqlamasında bunun onun hökuməti üçün ilk variant olmamalı olduğunu açıqlayıb.
Nazir Kabilə Doha razılaşmasını xatırladıb. Doha razılaşmasına əsasən, "Taliban" yazılı şəkildə əmin etmişdi ki, silahlı qruplaşmalar Əfqanıstana buraxılmayacaq və heç bir silahlı qrup Əfqanıstan daxilindən başqa ölkəyə hücum etməyəcək.
Əfqanıstanda yerləşən İŞİD silahlı qruplaşması Pakistandakı dəhşətli hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Keçmişdə Əfqanıstan daxilindən Pakistana qarşı hücumlar həyata keçirən TTP olub.
Pakistan rəhbərliyi, o cümlədən baş nazir və ordu qərargah rəisi, Pakistana qarşı hücumları dayandırmaq iqtidarında olmadığına görə Kabillə səbirsiz olduqlarını bildirib: "Pakistanın ora [Əfqanıstan daxilində] getməsi və bu terrorçulara qarşı tədbir görməsinə gəlincə, biz buna məcbur olmaq istəmirik, lakin beynəlxalq hüquqa görə, bizim özümüzü müdafiə etmək hüququmuz var”.
KARUSEL / DÜNYA
Tarix: 3-08-2023, 13:47