Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb
Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Samur–Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Yağışın arabir intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 18-21° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 8-də gecə və səhər, 10-da isə axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 10-15° isti olacaq.
Ağgöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da axşam arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-23° isti olacaq.
Qızılağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 17-20° isti olacaq.
Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüzdən arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 15-17° isti olacaq.
Şirvan Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 8-də gecə və səhər, 10-da axşam arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 19-22° isti olacaq.
Hirkan Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 8-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 metr/saniyə, 10-da arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 17-20° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.
KARUSEL / ÖLKƏ
Tarix: 7-11-2023, 12:12