mobil versiya

Bakıda inşaat materialları bazarındakı yanğınla bağlı cinayət işi başlanıb



Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

KARUSEL / GÜNDƏM
Tarix: 23-11-2023, 10:47