Voleybol millimiz beynəlxalq turnirə gedib
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, milli komanda bu gün yarışın keçiriləcəyi Gürcüstanın Telavi şəhərinə yola düşüb.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi komanda Polşa, Ukrayna, Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını dekabrın 5-də Polşa kollektivinə qarşı keçirəcək.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Qeyd edək ki, Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı dekabrın 5-dən 9-dək təşkil olunacaq.
KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 12:41