Azərbaycanın voleybol millisi beynəlxalq turnirdə mübarizəyə başlayır
Bu gün 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürəcək.
Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan komandasının rəqibi meydan sahibi Latviya millisidir. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Noyabrın 26-dək davam edəcək çempionatda Azərbaycan yığması Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa komandalarına qarşı da mübarizə aparacaq.
Qeyd edək ki, Şahin Çatmanın rəhbərlik etdiyi milli komandaya 14 idmançı cəlb edilib. Yığmanın heyətində yer alan voleybolçular ilk dəfədir ki, beynəlxalq yarışda iştirak edirlər.
“Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
KARUSEL / İDMAN
Tarix: 20-11-2023, 10:43