Xəzər dənizi ilə bağlı yaradılmış Xüsusi İşçi Qrupun ilk toplantısı keçirilir

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır.
Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu il sentyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-12-2023, 13:54