“Kanal 13”ün rəhbərinə əlavə ittiham verilib
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova əlavə ittiham elan olunub.
Bu barədə Əziz Orucovun vəkili Bəhruz Bayramov xəbər verib.
Vəkilin sözlərinə görə, Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı bildirilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-12-2023, 14:44