Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun barəsində olan cinayət işi Nəsimi rayon məhkəməsində icraata verilib.
REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edəcək. Məhkəmə prosesinin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.
M.Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə ittiham edilir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-10-2021, 16:00