mobil versiya

Ötən sutka ərzində 30 yanğına çıxış olub



Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən gün ərzində 30 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən gün ərzində üçü azyaşlı olmaqla doqquz nəfər, o cümlədən yol-nəqliyyat qəzaları zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan iki nəfər xilas olunub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-01-2024, 13:29