mobil versiya

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yeni direktor müavini təyin olunub



Elm və təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.
Bu barədə Agentlikdən məlumat verilib.
Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-01-2024, 10:46