mobil versiya

Ölkədə istehsal olunan yumurtanın həcmi açıqlanıb



2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, ümumilikdə 2022-ci illə müqayisədə bu müəssisələr üzrə cəmi quşların sayı artaraq 11265,0 min baş olub.
Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb.
Xatırladaq ki, 2022-ci ildə ümumilikdə müəssisələr üzrə cəmi quşların sayı 10886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-01-2024, 14:32