mobil versiya

"AzerGold” kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib



AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə yanaşı, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət siyasətinə töhfə verməyə davam edir.
Bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən 8 ali təhsili müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Tələbələrin həm QSC-nin Bakıda yerləşən ofisləri, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Həmçinin artıq 3-cü ildir ki, “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd proqramı müsabiqələri təşkil edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama cəlb edilirlər. Məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq zəruri addımlar atılır. Həmçinin 2022-ci ildən Daşkəsən məktəbliləri üçün “Gələcəyin mədənçisi” layihəsinin icrasına start verilib. Layihə çərçivəsində daşkəsənli şagirdlərin (10-cu sinifdə təhsil alanlar) ali məktəblərə hazırlığına dəstək göstərilməsinə başlanılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-02-2024, 17:27