Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır
Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı ilə bağlı araşdırma davam edir.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır.
Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çex Respublikasının Azərbaycandakı səfirliyinə məlumat verilib.
Qeyd edək ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çex vətəndaşı Azərbaycanda saxlanılıb. O, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
KARUSEL / GÜNDƏM
Tarix: 5-02-2024, 13:06