mobil versiya

Dövlət Reklam Agentliyi sahibkarlara müraciət edib


Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi sahibkarlara müraciət edib.
Müraciətdə deyilir: “Bəzi media subyektlərində açıq məkandakı reklam lövhələrinin demontaj olunmasının kütləvi xarakter almasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirir. Xidmət keyfiyyətini yüksək tutmaq, sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq və səmimiyyət nümayiş etdirmək agentliyin əsas məqsədlərindəndir. Qurumun 1412-Çağrı Mərkəzi və 24 saat fəaliyyət göstərən 077 677 14 12 “whatsapp” nömrəsi xidmətinizdədir”.
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi, Dalğa Plaza, Neftçilər pr., 24, Bakı ş., AZ1000 Tel.:+994 12 505 44 00 (daxili 1810) | www.adra.gov.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-02-2024, 11:34