mobil versiya

Əlisəmid Kürün “Tənha Kentavr” kitabı nəşr olunub



Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Əlisəmid Kürün 70 illiyi münasibətilə “Tənha Kentavr” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, kitaba şairin şeirləri ilə yanaşı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya da daxil edilib.
Kitabda, həmçinin Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər də yer alıb.
“Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi olan Əlisəmid Kür Türkiyənin “Qızıl çələng”, “Vektor” Elmi Mərkəzinin “Poeziya”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” mükafatlarının laureatıdır.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-02-2024, 17:57