Kürdəmirdə qətl hadisəsi baş verib
Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 9-02-2024, 13:55