mobil versiya

APA-nın 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir



Fevralın 21-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.
İclasda APA-nın 14-cü plenar sessiyasının gündəliyi təsdiq edilib.
Qeyd edək ki, sessiyanın gündəliyinə Büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.

KARUSEL / SİYASƏT
Tarix: 21-02-2024, 15:20