mobil versiya

Sentyabrda Rumıniyada prezident seçkiləri keçiriləcək



Rumıniya Sosial Demokrat Partiyasının sədri, Baş nazir Marsel Çiolacu ölkədə prezident seçkilərinin sentyabrda keçiriləcəyini bildirib.
Bu barədə qərar Sosial Demokrat Partiyası və Milli Liberal Partiyasından təşkil olunan hakim koalisiyanın iclasından sonra elan edilib. Koalisiya, həmçinin Avropa Parlamenti seçkilərini yerli seçkilərlə birləşdirməyə qərar verib.
Baş nazir Marsel Çiolacu bu qərarın demokratiyanı gücləndirdiyini və rumınlar üçün ədalətli təmsilçiliyi təmin etdiyini bildirib.

KARUSEL / DÜNYA
Tarix: 22-02-2024, 16:58