Prezidentliyə namizədlərin sayı 7-yə çatıb
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Fuad Əliyev açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək, ”Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb.
"Vətəndaş Birliyi” Seçki Qərargahına Xəzər Teyyub rəhbərlik edəcək.(apa)
***
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Bununla da Azərbaycanda növbədənkənar Prezident seçkilərinə namizədlərin sayı 6-ya çatıb.
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.
Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Onlardan ikisi - İlham Əliyev və Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.(report)
KARUSEL / SİYASƏT
Tarix: 18-12-2023, 12:24