mobil versiya

Gürcüstan parlamenti yeni baş nazir namizədini bu gün təsdiqləyəcək



Bu gün Gürcüstan parlamenti yeni baş nazir namizədini və hökumətin tərkibini təsdiqləyəcək.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yerli telekanala müsahibəsində hökumətin təsdiqlənməsi prosedurunun bir neçə gün davam etdiyini bildirib. Belə ki, hökumət proqramı əvvəlcə komitələrdə, daha sonra plenar iclasda müzakirə olunur.
Xatırladaq ki, bir qədər əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili seçkiqabağı dövrdə hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Gürcü arzusu" partiyasının açıqlamasına görə, partiyanın baş nazir namizədi hazırkı sədri İrakli Kobaxidze olacaq.

KARUSEL / DÜNYA
Tarix: 1-02-2024, 11:47