mobil versiya

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb (VİDEO)



Xocalı rayonu ərazində daha bir kütləvi məzarlıq aşkar edilib.
Bu barədə görüntüləri AZTV yayımlayıb.
Məzarlıq Xocalıda su-kanalizasiya sisteminin tikintisi zamanı aşkarlanıb.
Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilir.
Qeyd edək ki, fevralın əvvəlində Xocalı rayonunun Əsgəran qəsəbəsində kütləvi məzarlıq aşkar olunub. Bundan əvvəl isə, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.(trend)





KARUSEL / CƏMİYYƏT
Tarix: 23-02-2024, 14:19