mobil versiya

Azad edilmiş ərazilərdə indiyədək 480-dən çox şəxsə məxsus insan qalıqları aşkarlanıb


Ermənilər 1480 azərbaycanlını əsr və girovluqda saxladıqları müddətdə işgəncə və digər qəddar qeyri-insani rəftara məruz qoyublar.
Bunu Şuşada jurnalistlərə açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
O qeyd edib ki, ötən dövr ərzində Xocalı rayonunun Fərrux kəndində, Xocavənd rayonunun Edilli kəndində, Füzuli rayonun Yuxarı Seyidəhmədli kəndində, Şuşa rayonunun Daşaltı kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən artıq şəxsə məxsus insan qalıqları aşkar edilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə eyniləşdirmə aparmaq məqsədi ilə 300-ə yaxın məhkəmə tibbi kriminalistik ekspertizası keçirilib.
Onun sözlərinə görə, Şuşa şəhərində, keçmiş Şuşa həbsxanasının ərazisində may ayından bəri aparılan axtarış işləri nəticəsində 34 şəxsə məxsus insan qalıqları aşkarlanıb. Onların birinci Qarabağ müharibəsi dövründə əsr və girov götürülərək saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir. Emil Tağıyev vurğulayıb ki, tapılan qalıqlar saxlanılan azərbaycanlıların qəddarcasına verilən işgəncə nəticəsində həyatlarını itirdiklərini deməyə əsas verir. Onları döyməklə, saçlarını kəsmək və s. üsullarla təhqir edib, üzərlərinə itləri buraxmaqla, donuzlara yedizdirməklə və digər vəhşi üsullarla qətlə yetiriblər, sonra isə Şuşa həbsxananın ərazisində basdırıblar.(apa)




KARUSEL / CƏMİYYƏT
Tarix: 15-08-2023, 17:49