mobil versiya

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq



AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.
Funksioner qərarını milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasından açıqlayıb.
R.Abdullayev bildirib ki, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacaq.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.

KARUSEL / İDMAN
Tarix: 1-03-2024, 15:46