Təşvişə düşməyin - Agentlikdən valideynlərə ÇAĞIRIŞ

Bu barədə sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-03-2024, 10:19