Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar - Ceyhun Bayramov
Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN rəhbərləri ilə Bakıda keçiriləcən üçtərəfli görüşün əvvəlindəki çıxışında deyib.
“Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından böyük rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar. Bundan əlavə, son illərdə regionda baş verən tarixi dəyişikliklər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsinin nəticəsidir”, - deyə nazir bildirib.
C.Bayramov qeyd edib ki, regiondakı yeni reallıq regionun bütün potensialının istifadə edilməsi baxımından yeni perspektivlər vəd edir.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşü keçirilir.
Görüşdə üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılacaq, növbəti görüşün keçiriləcəyi yer müəyyən ediləcək və Bakı bəyannaməsini qəbul ediləcək.
Görüşündən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.(trend)
KARUSEL / SİYASƏT
Tarix: 15-03-2024, 11:01