Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları martın 19-da ödəniləcək
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Fondun mətbuat xidmətindən bildirilib ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
KARUSEL / SOSİAL
Tarix: 18-03-2024, 10:14