mobil versiya

Üç uşağı ilə itkin düşmüş qadın tapılıb



Üç gün əvvəl itkin düşmüş Cəlilabad rayon Ləzran kənd sakini 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ş. Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-03-2024, 11:49