“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
 Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.
Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.Kitabxanadan bildirilib ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında (https://anl.az/el/emb/TEATR/index.html) Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.
Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.
KARUSEL / MƏDƏNİYYƏT
		
		Tarix: 28-03-2024, 13:52 
		  
		 
		 
		 
		 
		  		


























