mobil versiya

Baş prokuror: Xəzər dənizi ətraf dövlətlərin ortaq dəyəridir



Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən xalqlarımızın inkişafında öz rolunu oynayıb.
Bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.
O bildirib ki, Xəzərin təbiətinin mühafizəsi və biomüxtəlifliyin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi Xəzəryanı dövlətlərin mənəvi borcumuzdur: "Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək".(report)

KARUSEL / SİYASƏT
Tarix: 4-04-2024, 10:41