Prezident İlham Əliyev: Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək
Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun – red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək.
Bu sözləri Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq”.
KARUSEL / SİYASƏT
Tarix: 4-04-2024, 13:09